0

Leyla Şıxlinskayanın klinikasında gizli yoxlamalar başladı - SENSASİON TƏFƏRRÜAT

Baxış: 174

Leyla Şıxlinskayanın klinikasında gizli yoxlamalar başladı - SENSASİON TƏFƏRRÜAT

 Azərbaycanın məşhur klinikasında gizli yoxlamalar başlayıb. Criminal.az saytının məlumatına görə, Leyla Şıxlinskayanın Klinikasına 20 nəfərə yaxın vergi əməkdaşı cəlb olunub. Onlar klinikanın işçiləri, eyni zamanda müəssisədə ciddi yoxlamalar aparırlar.

Yoxlamaların bir müdət əvvəl klinikanın xanım rəhbəri Leyla Şıxlinskaya barəsində başlanmış cinayət işi ilə əlaqədar olduğu iddia olunur. Çünki müəssisənin rəhbəri, Xalq artisti Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanmışdı. Bu səbəbdən də Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma başlamışdı.  Məsələ ilə bağlı klinikadan məlumat almaq mümkün olmadı. Klinikadan Criminal.az saytına bildirildi ki, aparılan yoxlamalarla bağlı açıqlama verilmir.

Xatırladaq ki, həmin klinika ilə bağlı daha bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Həmin işdə "Leyla Şıxlinskaya" klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva təqsirləndirilir. Lakin təqsirlədirilən şəxslər L.Şıxlinskayanın özünü ittiham edirlər. Deyirlər ki, L.Şıxlinskaya onları şərləyib. Klinika rəhbəri keçmiş işçilərini klinikaya daxil olan vəsaitlərinin məsuliyyətə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 mana pul tələb edir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz