0

Ölkənin ilk mobil operatoru olan Bakcell vətəndaşları necə soyur?

Baxış: 362

Ölkənin ilk mobil operatoru olan Bakcell vətəndaşları necə soyur?


Mobil operatorların öz müştərilərinə problem yaratmağı artıq adi hala çevrilib.

Vətəndaşların mobil operatorlar vasitəsilə balanslarından pulların silinməsi şikayətinə mütəmadi mətbuatda rast gəlinir.Məsələ uzun müddət sosial şəbəkələrin və mətbuatın müzakirə mövzusunda olur.Buna baxmayaraq problemlər günü-gündən artmaqdadır.

Mobil operatorlar üzərindən fəaliyyət göstərən daha bir provayderin qurbanı məsələ ilə bağlı “Yenigundem”e müraciət edib.Vətəndaş müraciətində qeyd edir ki, onun mobil nömrəsindən avtomatik, xəbəri olmadan məbləğ silinir. O, həmçinin Bakcell nömrələri üzərindən üçüncü bir şirkətin təqdim etdiyi bu xidmətə qoşulmadığını, lakin pulun çıxıldığını bildirib. Məlumata görə,“Yeni fırıldaqçı, saxta şirkətlər, portallar da meydana çıxır ki, onlar saxtakarlıqla, balansdakı məbləğin oğurluğu ilə məşğul olaraq vətəndaşlara külli miqdarda ziyan vururlar. Son vaxtlar bu cür şirkətlər, portallar daha da fəallıq edir. Ay ərzində bir neçə belə saxtakar portala zəng edib, xidməti dayandırmalı oluruq. Mobil operatorlar (Azercell, Bakcell mobile) belə məsələlərdə məsuliyyət daşımadığını bəyan edir. Zərər yenə də vətəndaşlar olur. Maraqlı burasıdır ki, həmin portalların nümayəndələri hər dəfə ciddi-cəhdlə deyir ki, xidmətə vətəndaş hansısa sayta daxil olaraq, özü qoşulub. Bununla da məsuliyyətdən yayınırlar. Həmin xidmətlərə qoşulmasından vaxtında xəbər tutan vətəndaş ən az ziyanla xidməti dayandırsa da, xəbəri olmayan vətəndaşlar uzun müddət hər gün ən azı 0,59 Azn ziyanla başa vurmalı olur. Əgər vətəndaş bir neçə belə saxtakar portal tərəfindən üzvə çevrilibsə, bu məbləğ daha da çoxalır.” Vətəndaş həmçinin qeyd edib ki, həmin şirkətlərdən bir neçəsinə şəxsən özü zəng edib. Amma həmin şirkət haqqında heç bir əlavə məlumat ala bilməyib. Halbuki, istehsalçı istehlakçıya bütün məlumatları, göstərdiyi xidmətin keyfiyyəti barədə məlumat verməyə borcludur. Bakcell MMC-nin verdiyi rəsmi cavabdan məlum olur ki, “Bakcell” MMC provayderlərə dördrəqəmli qısa nömrələr təqdim edir. Həmin qısa nömrələr vasitəsilə provayderlər abunəçilərə ayrı-ayrı xidmətlər təqdim edir və bununla bağlı müxtəlif SMS-lər göndərirlər. Buradan məlum olur ki, onlar Bakcell MMC-yə xidmətlərindən istifadə etdikləri üçün müəyyən məbləğdə ödəniş edirlər. Belə olan halda Bakcell MMC özünü necə məsuliyyətdən kənar hesab edə bilər? Xatırladaq ki,“Yenigundem”-e dəfələrlə müxtəlif cür şikayətlər olub. Onların arasında saxta reklamlar, yalançı kampaniyalar, müxtəlif mesajlarla balansdan pulların oğurlanması və s. Provayderlərin fırıldaqçılıq əməlləri ilə bağlı narazı vətəndaşların sayı olduqca çoxdur.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz