0

Bakıda universitetdə qızlara qəribə qadağa - YENİLƏNİB - VİDEO

Baxış: 451

Bakıda universitetdə qızlara qəribə qadağa - YENİLƏNİB - VİDEO

“Odlar Yurdu” Universitetində qəribə qadağa barədə məlumat yayılıb.

Universitetdən Oxu.Az-a bildirilib ki, tələbələr hündürdaban ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur: 

“Bu mənada, tələbələrə ciddi məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir. Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir.

Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, bu da tələbələrin xeyrinədir. Tələbə, müəllim hər zaman səliqəliliyi, nizam-intizamlılığı ilə seçilməlidir. Pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə onsuz da heç bir tələbə və ya müəllim dərsə gəlmir” .

Məlumatda qeyd edilib ki, bu qayda illərdir universitetdə tətbiq olunur: 

“İstər tələbələrimiz, istərsə də universitetin əməkdaşları tərəfindən müsbət qarşılanır. Bu gün xarici universitetlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır. 

Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin, tələbənin geyimi də çalışdığı, oxuduğu ali təhsil müəssisəsinin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir.

Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Toyun, ziyafətin öz geyimi, ali təhsil müəssisəsinin də öz geyimi var. Hər bir tələbə zövqünə uyğun geyim geyinməkdə sərbəstdir, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir.

Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən xarici universitetlərdə artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar tətbiq olunanda həmin təcrübələr öyrənilməlidir”.

11:19

Azərbaycanın “Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinməsinə qadağa ilə bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az-a açıqlamasında G.İmanova bildirib ki, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. 

“Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, - G.İmanova deyib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz