0

Bərdə poliklinikasında UZİ aparatı attraksiona çevrilib, həkim bazar açıb - İttihamlar

Baxış: 486

Bərdə poliklinikasında UZİ aparatı attraksiona çevrilib, həkim bazar açıb - İttihamlar


Bərdə poliklinikasında tibbi avadanlıqlar attraksionlar kimi istifadə olunur

Cahan.info mediaya istinadla xəbər verir ki, poliklinikadakı tibbi aparatlar özəlləşdirilib. Aygün həkim UZİ aparatına pulsuz toxunmağı qadağan edib. 

Ona görə də hər müayinənin qiyməti 15 manatdır. Poliklinikada pulsuz xəstələri qəbul etmirlər.Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Rəna Mustafayevanın başı pul qazanmağa elə qarışıb ki, Aygün həkimə nəzarət etmir, ondan gələn gəlirə baxır. Aygün həkimin əlindən dad edən sakinlər poliklinikaya getməyə peşman olurlar.

Ötən il 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək dərəcəli hərarətlə poliklinikaya çatdırılıb. Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək poliklinikadan şikayət ediblər. Poliklinikadan bildirilib ki, uşağın ölümündə həkimləri günahı olmayıb:

”Uşaq yüksək hərarətlə və ağır vəziyyətdə poliklinikaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib, zəruri tibbi müdaxilələr edilib. Lakin, uşağın həyatını xilas etmək mümkün olmayıb”.Göründüyü kimi, dövlət səviyyəsində Bərdənin səhiyyə sisteminin inkişaf etdirilməsinə yüksək diqqət və qayğı göstərilməkdədir. 

Əfsuslar olsun ki, rayonun səhiyyə sektoruna nəzarət edən şəxslərin törətdikləri qanundan kənar işlər bəzi problemlərin meydana çıxmasına səbəb olur. Bərdə səhiyyəsini bərbad hala salan, əhalinin yüksək səviyyəli tibbi xidmət almasına mane olan şəxs mərkəzi xəstəxananın baş həkimi Rəna Mustafayeva və poliklinikanı bazara çevirən Aygün həkimdir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz