0

Nazir Qalib Rəhimovu işdən çıxardı

Baxış: 767

Nazir Qalib Rəhimovu işdən çıxardı

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Qalib Rəhimov işdən azad edilib.

Məlumata görə, bununla bağlı Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Xəbəri DİN-dən saytımıza təsdiqləyiblər.

Onun pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduğu bildirilir.

Qeyd edək ki, Q. Rəhimov uzun müddətdir ki, bu vəzifədə çalışırdı.

O, bir müddət əvvəl mətbuatın gündəminə oğlu Arif Rəhimovun piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı gəlmişdi. A. Rəhimov məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz