0

Məşhur klinikanın baş direktoru işdən çıxarıldı - SƏBƏB

Baxış: 599

Məşhur klinikanın baş direktoru işdən çıxarıldı - SƏBƏB

“MedEra Hospital”ın baş direktoru Qəhrəman Qəhrəmanov işdən çıxarılıb.

Bu barədə GoldNews.az-a klinikanın adının açıqlanmasını istəməyən həkimi məlumat verib. O bildirib ki, Q.Qəhrəmanov işində yol verdiyi nöqsanlara görə baş direktor vəzifəsindən çıxarılıb.

Eyni zamanda, onun yerinə təyinat olub. Belə ki, klinikanın Tibb direktoru İbrahim Əliyev “MedEra Hospital”ın baş direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, “MedEra Hospital” daha çox xəstələrin ölümündə günahlandırılan klinikalardan biri kimi tanınır. Özəl tibb müəssisəsinin adı mətbuatda ölüm halları ilə yadda qalıb.

Klinikada ana ölümlərinin sayının Q.Qəhrəmanovun baş direktorluğu dövründə pik həddə çatması hospitalda kadr dəyişikliyinə zəmin yaratdığı bildirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz