0

436 binanın dam örtüyü təmir olunacaq - 22 milyon manata yaxın pul ayrıldı

Baxış: 351

436 binanın dam örtüyü təmir olunacaq - 22 milyon manata yaxın pul ayrıldı


Prezident İlham Əliyev Azərbaycanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu (islahatlarla bağlı xərclər) yarımbəndində nəzərdə tutulan vəsaitdən 21 194 760 (iyirmi bir milyon bir yüz doxsan dörd min yeddi yüz altmış) manat bu sərəncama əlavə olunmuş siyahıya uyğun şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz