0

Azercelldən yeni fırıldaq- abonentə 7 saata 20 manat internet pulu gəlib -AUDİO

Baxış: 253

Azercelldən yeni fırıldaq- abonentə 7 saata 20 manat internet pulu gəlib -AUDİO


Azercell mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb.

Belə ki, azerinfo.az-a-şikayət edən abonentlər “sim” kartdan imtina edərək başqa mobil operatorlara üstünlük verirlər. Hərçənd, digər mobil operatorlar da qənaətbəxş sayılmaz. Sadəcə, “Azercell”in bahalığı və peşəkar maxinasiya oyunları, vətəndaşa qarşı fırıldağı şirkətin nüfuzunu aşağı salıb. Çünki ölkədə ən bahalı telefon danışığı mobil operatorluğunu Azercell həyata keçirilir.

Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. Bu dəfə isə daxil olan şikayət faktı isə Azercell-in öz abonentlərinə qarşı açıq fırıldağını ortaya qoyur.

Bir zamanların data kart fırıldağı

Azercellin hazırki maxinasıyası bir neçə il əvvəlki data kart olayını xatırladır.

O vaxt redaksiyamıza «Azercell»in data kartları ilə bağlı olaraq çoxsaylı şikayətlər daxil olurdu. Azercell şirkəti ondan data kart alan xeyli sayda insanı məhkəməyə verib və yüksək məbləğdə cərimə etdirirdi.

Daxil olan şikayətlərdən məlum olurdu ki, vətəndaşlar bu şirkətin data kartlarını alandan sonra aylıq abunə ödənişini, yəni 10 manatı ödəyirlər. Qeyd edək ki, Azercelln internet data kartları ilə bağlı reklam kampaniyasında göstərilir ki, 10 manatlıq ödəniş 10 QB üçündür. Data kart sahibləri bilirlər ki, onlar aylıq 10 manatlıq 10 QB limiti keçəndən sonra hər QB-a görə əlavə pul ödəməlidirlər.

Lakin bu şirkətin data kartlarını alanlar həmin 10 QB-lıq limiti keçmələrinə dair heç bir bildiriş almırdılar. Elə problemlər də bundan qaynaqlanırdı. Məlum olurdu ki, əslində şirkətin data kartlarını istifadə edənlər iş əsnasında nəzərdə tutulan limiti keçiblər və əlavə olaraq ödəniş etməlidirlər. Azercell tərəfindən məhkəməyə verilərək cərimə edilməsi nəzərdə tutulan müştərilər bildirirdi ki, onlar data kartdan ümumiyyətlə istifadə etməyiblər. 2 aylıq istifadədən və 10 manatlıq ödənişi həyata keçirəndən sonra data kartdan istifadə edilməyib. Lakin 6 aydan sonra yerli məhkəmədən vətəndaşa bildiriş gəlir ki, Azercell sizi məhkəməyə verib. Məhkəmə iddiası ilə tanış olduqda isə məlum

olur ki, adıçəkilən şirkət müştərisinə istifadə etmədiyi aylara görə də ödəniş yazıb və hədiyyə etdiyi data kart cihazının pulunu, 35 manatı da istəyir. Yəni məhkəməyə verilənə qədər abunəçi bilmir ki, əgər o Azercelldən aldığı data kartı 12 ay istifadə etməsə buna görə cihazın pulunu şirkətə geri qaytarmalıdır. Bizə müraciət edən şikayətçilər bildirirdilər ki, onlara borclu olmaları barədə heç bir xəbərdarlıq edilməyib və Azercell öz abunəçilərinə xəbərdarlıq etmədən məhkəməyə müraciət edib.

Müqayisə üçün bildirək ki, hazırda ölkə ərazisində vətəndaşlara internet data kart xidməti təklif edən «Bakcell» şirkətinin sür@ internet data kartları üzrə xidmətlərdə bu boşluqlar mövcud deyil. «Bakcell»in internet istifadəçilərinə hər istifadə etdiyi ödənişli xidmət barədə məlumat verilir. Eyni zamanda «Bakcell»də abunəçiyə təqdim edilən 4 QB-lıq internet paketi başa çatandan sonra isə xidmət pulsuz olaraq davam edir və internet kəsilmir. Bütün ödəniş dəyişiklikləri barədə də «Bakcell» abunəçilərinə xəbərdarlıq edilir.

“Paketi yeniləməmisiniz”

İndi isə müştərilər başqa cür aldaılır. Hər hansı bir internet paketə qoşulursan. Vaxtı birdikdə sms gəlir ki, bəs filan tarixdən paketiniz bitib, yeniləyin, yaxud da müəyyən tarixdə paket özü yenilənəcək. Əgər müştəri bu sms-ə vaxtında nəzər yetirməsə şirkət onu fantastik tariflə yükləyir.

Belə bir hadisə Azerinfo.az-ın rəhbəri İbrahim Qubadoğlunun başına gəlib. Onun smartfonunda 2 nömrə olub. Nar və azercell. Azercell nömrə , 050 209 60 59-a bir günə 20 manat istifadə pulu gəlib. Azercell əməkdaşı ilə söhbətdə bilinib ki, bu məbləğ guya senyabrın 13-dən 14-nə keçən gecə , 7-8 sat ərzində internetdən istifadəyə görə olub. İnternet paket bitib, adi tariflə isə guya belə bir məbləğ yazılıb. Əvvala abonentin nar nömrəsində 3 min meqabayt internet olub. Sim nömrədəki internetdən istifadə edilməyib. Lap azercell əməkdaşınln işçisi dediyi kimi , internet telefonda açıq qalıbsa belə bu yenə fantastik rəqəmdi. 20 manata ev telefonu ilə bir aylıq limitsiz, yüksək sürətli internet almaq olur.

Demək bu şirkətin abonentlərə qarşı növbəti fırıldağıdır.

Məsələ ilə bağlı İbrahim Qubadoğlu aidiyyatı orqanlara müraciət edəcək.



azerinfo.az

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz