0

Aprel döyüşçümüz Gədəbəyin icra başçısından kömək istəyir - Yeni başçıya İLK MÜRACİƏT

Baxış: 186
Aprel döyüşçümüz Gədəbəyin icra başçısından kömək istəyir - Yeni başçıya İLK MÜRACİƏT

Azerbaycanrealligi.com xəbər verir ki, Vətən elə bir nemətdir ki, həm məmur, həm də vətəndaş vətənini danan və vətənə biganə yanaşan zaman xalqına qarşı böyük bir vicdansızlıq etmiş olur. Dünən efirə çıxan 25-26 yaşlı müğənniyə 200-300 min manatlıq maşın hədiyyə edən bəzi məmur və məmur övladları, görəsən, Vətən uğrunda canından keçən 10 kvadratmetrlik bir evdə iki övladı, bir həyat yoldaşı ilə kirayədə yaşayan Aprel döyüşçüsünü gözləri önə gətirdilərmi? Onun adı Sadıqov Amindir. Aprel döyüşlərində bəzi məmurlar övladımı hərbi xidmətə aparmasınlar deyə onları ölkədən çıxarırdılar, amma Amin Vətən uğrunda qanuni hərbi xidmət müddətindən artıq xidmət edərək Vətəni qoruyub Aprel döyüşlərində qəhrəmancasına vuruşdu, yaralandı, demək olar ki, saglamlığını tamamilə itirdi. Bu gün isə Aminə baxan yoxdur. Ancaq o, həyatdan əlini üzmür, prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir.

Deyir: “Mənə kömək edin yenidən torpaqlarmız uğrunda döyüşə gedib Vətənimizi qoruyum”. Amin Gədəbəy Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, müraciətlərinə ona baxan olmayıb. Hətta onun kirayə pulunu verməyə imkanları tükəndiyindən qonşular ona bu işdə köməklik ediblər, uğrunda döyüşdüyü Vətənin məmurları isə biganə qalırlar. Qənirə Paşayevanın qəbuluna getsə də, ona kömək edən olmayıb, onu Müdafiə Naziri Zakir Həsənovun da qəbuluna buraxmayıblar. Amma o, yenə heç birinə qarşı gileylənmir, son ümidi isə artıq Mehriban Əliyevayadır".

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz