0

İlham Əliyev siyasi məhbusları əfv edir? - Prezidentin jest sərəncamı gözlənilir

Baxış: 2 849
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ay Qurban bayramı münasibəti ilə əfv sərəncamı imzalayacaq. Bu haqda Azerbaycanrealligi.com-a etibarlı mənbələrdən məlumat daxıl olub. Qeyd edək ki, ölkə başçısı əvvələr də bir sıra beynəlxalq təşkilatların, hüquq-müdafiəçilərinin və siyasi məhbusların gözləmədiyi halda siyasi jest edərək müjdə əfv sərəncamları imzalayıb. Məhz elə bu imzalanacaq sərəncam da onlardan biri olacaq. Əfv fərmanı ilə xeyli sayda siyasi fəallar, jurnalistlər və blogerlərin azadlığa çıxacağı gözlənilir. Tanınmış siyasi məhbuslardan İlqar Məmmədov, Seymur Həzi, Mehman Hüseynov, AXCP üzvləri Asif Yusifli, Məmməd İbrahim, keçmiş MTN şefi Eldar Mahmudovun qəzəbinə tuş gəlmiş 12 ildən artıq cəza çəkən Səid Dadaşbəyli və onunla birlikdə həbs olunan digər şəxslərin də bu sərəncamla azad olunacağı gözlənilir. Qeyd edək ki, son bir neçə ayda bir çox siyasi məhbus və onların ailə üzvləri ölkə başçısı İlham Əliyevə müraciət edərək humanist addım olaraq onların da əfv edilməsi barəsində xahişlər etmişlər.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz