Dəniz, yoxsa göl... Xəzər necə olacaq? » Press-az
0

Dəniz, yoxsa göl... Xəzər necə olacaq?

Baxış: 21

Dəniz, yoxsa göl... Xəzər necə olacaq?

Məlumdur ki, dəniz dünya okeanının bir hissəsidir. Coğrafi baxımdan Xəzəri dəniz hesab etmək olmaz, çünki o, okeandan çox aralıdır. Xəzər dənizindən dünya okeanı sisteminə daxil olan və buraya ən yaxın olan Qara dənizə olan məsafə 500 kilometrdir. Buna görə çoxları hesab edir ki, Xəzəri göl adlandırmaq daha doğru olar. 

Yeni konvensiyaya görə Xəzər nə göl, nə də dəniz olacaq. 

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu məsələ ilə bağlı danışarkən deyib ki, materikdaxili su hövzəsi olan Xəzərin dünya okeanı ilə əlaqəsi olmadığı üçün dəniz ola bilməz. 

Yeni status Xəzəryanı ölkələrə necə təsir edəcək?

Bununla bağlı Oxu.Az-a açıqlama verən azərbaycanlı ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib ki, konvensiyada tərəflər Xəzər “beşliy”inin bütün iştirakçılarının maraqlarını əks etdirməyə çalışıblar. 

“Onların maraqları isə fərqlidir, bəziləri Xəzərə dəniz kimi, digərləri isə buna bir neçə ölkənin sahillərini yuyan göl kimi yanaşmağa üstünlük verirdilər”, - müsahibimiz bildirib. 

Onun sözlərinə görə, modifikasiya edilən orta xətt prinsipi əsasında hazırlanmış Konvensiya hər iki yanaşmanı nəzərə alır, ona görə də Xəzərə nə dəniz, nə də göl kimi deyil, məhz siyasi-hüquqi baxımdan xüsusi obyekt kimi yanaşılacaq. 

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanacağı Xəzəryanı ölkələrin sammiti avqustun 12-də Aktauda keçiriləcək. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz