0

POÇTLARDA YARADILAN SÜNİ PROBLEMLER KİMİN CİBLƏRİNİ DOLDURUR?FOTO-VİDEO

Baxış: 792
Telefon Monopoliyasının Vətəndaşlara verdiyi əzab əziyyətlər - Görəsən Bu qanuni qanunsuzluq Kimin Fikridir Ve bu qeder pul Hara kimə gedir? - Foto Video

 Telefonumuzu götürmək üçün poçta üz tutduq.Bizə dedilər ki,gedin Səməd Vurğun Bağının yanındakı anbara. Biz sizə telefonunuzu təqdim edə bilmərik,yalnız ordan götürə bilərsiniz.Və ora gedərkən hansı Bank kartınız ilə alış-veriş etmisinizsə o Banka yaxınlaşın,onlardan ödəniş etdiyiniz tarixin ödəniş vərəqəsini tələb edin versinlər çünki o vərəqsiz sizə telefonunuzu verməyəcəklər.Qısacası, istəməsəkdə bütün bunlara əməl etdik və yola düşdük həmin anbara.Növbədə 78-ci insan idik. 4 saatdan çox növbədə gözlədik. insanlar çox bezmiş halda lənətləyərək növbələrini gözləyirdilər.Nəhayət növbə bizə çatdı.Qeydiyyat otağına daxil olduq.Sonra bizə yerdəki yeşikləri göstərərək dedilərki buyurun öz adınız yazılan poçt paketini özünüz axtarıb tapın.O qədər yeşiyin içindəki paketlərdən nəhayət ki ,öz pasılkamızı tapdıq.Orada bizə dedilərki siz bundan sonra əgər telefon alsaz xaricdən 36% sizdən rüsüm tutulacaq.Bir-iki vərəqə imza çəkdirdilər sonra dedilər keçin telefonu növbəti pəncərədə buranın qeydiyyatına salsınlar.Öz-özümə düşündüm ki, bəs görəsən mən bu otaqda nəyə imza çəkdim ki?Keçdik digər prosesə.Hər telefona görə 1 manat 40 qəpik pul aldılar.Yəni iki telefona 2.80 azn ödədik.Soruşdum ki,bu ödəniş əvvəl 5 manat idi telefon aktiv olsun deyə o ödənişdir?Dedilər ki xeyr.  İki möhür vurdular üzərinə və geri verdilər.Ordanda canımız qurtarırdı ki,qapıda oturan iki xidməti geyimdəki insan bizi saxladi ve yenədə möhürləri yoxladı.Bu kimi yollarla insanlara əziyyət verməklə ,pullarını mənimsəməklə onu demək istəyirlər ki xaricdən siz heç nə almayın.Yoxsa sizi bu cür süründürəcəyik.Mən anlaya bilmirəm ki, xarici vətəndaş bizdən nəsə alarkən məgər vergi həm bizdə həmdə o xarici ölkədədə ödəyirki bizdə xaricdən nəsə alanda öz ölkəmizdədə ikinci dəfə ödəniş edək?Bilmirəm camaatı ələ salırlar ya nədi.Hələ özlərindən qeydiyyat etdirənlərə yeni qiymətlərdə tətbiq ediblər.Yadınıza Ulu Öndərin bircə kəlamını çatdırım. - Xalq Dövlət üçün yox, Dövlət Xalq Üçün Çalışmalıdır!
Mənim bu yazılarım orada 200-300-400 manat maaş alanlar üçün deyil. Mənim bu müraciətim Ölkəmizin Prezidenti Cənab İlham Əliyevə və Vitse Prezident Mehriban Xanım Əliyevayadır ki, Bu Vəzifəsindən sui istifadə edən şəxslərlə qanun çərçivəsində tədbir görəsiniz.Anlayıram siz təksiniz bu cür insanlar çoxdur. Ölkəsini ,Vətənini ,Dövlətini, Xalqını sevən Mərd bir Vətəndaş kimi sizdən çox xahiş edirik bu işlərlə tezliklə maraqlanasınız və aidiyyatı qurumlara bu haqda tapşırıq verəsiniz.
Sizlərə poçda olan insanların onlara xaricdən göndərilən mallarını almaq üçün hansı əziyyətlərlə,özbaşınalıqlarla qarşılaşdıqları videoları təqdim edirik.
www.sehid.az






MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz