Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video » Press-az
0

Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video

Baxış: 854

Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video

Bir müddət əvvəl Azərbaycan Milli qəhrəmanı Allahverdi Bağırovun bərpa edilən qəbirdaşı ermənilər tərəfindən dağıdılıb.
Axar.az xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi Feysbuk səhifəsində yazıb.
O bildirib ki, Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və ictimaiyyətə bu barədə məlumat verib.
Daha sonra Xankəndindən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıblar və param-parça ediblər.
Tanrıverdi ermənilərin daha sonra qəbri bərpa etdirən Razmikin axtarışlarına çıxdığını qeyd edib:
“Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, Düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...) Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik.
Dostlar, qəbir daşının üzərinə yazılmışdı: (Kiril hərfi ilə)
АЛАВЕРДИ
ТЕЙМУР ОГЛЫ
БАГИРОВ
1946 - 1992
произв. гожа Гартал
он был настоящим другом
от Размика Петросяна
и ДРУЗЕЙ”
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz