Zəfər Əhmədovun həbsi ilə bağlı növbədənkənar tədbir keçirilib - FOTOLAR » Press-az
0

Zəfər Əhmədovun həbsi ilə bağlı növbədənkənar tədbir keçirilib - FOTOLAR

Baxış: 507
Azerbaycanrealligi.com saytı xəbər verir ki, dünən Musavat partiyası qərargahında Siyasi Məhbusların Müdafiə Mərkəzi inzibati qaydada həbs olunmuş siyasi fəal Zəfər Əhmədovla bağlı növbədənkənar tədbir keçirib. Tədbiri yazar Zümrüd Yağmur aparıb. O, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədovun həbs xəbərinin gözlənilməz olduğunu, həmçinin, Zəfər bəyin həyalı, təmkinli bir şəxs olduğunu bildirib. Qeyd edib ki, onun bu cür cəzalanması Fuad Əhmədlinin atası olması ilə bağlı deyil, öz siyasi fəaliyyəti və siyasi proseslərə yaxından münasibət bildirməsi və vətəndaşlıq mövqeyini ifadə etməsi, ölkədaxili baş verən hadisələrə ayıq yanaşması və can yandırması səbəb olub. Daha sonra Zəfər Əhmədovun həbs olunduqdan sonra 3-4 dəqiqə evlə danışmasına imkan verildiyi bildirildi. Zümrüd xanım Zəfər bəyin hal-hazırda Binəqədi inzibati təcridxanasında saxlanıldığını söylədi.

Zəfər Əhmədovun Fotosu
 

Daha sonra Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvü Əlövsət Sadıqlı çıxış edib. Öz çıxışında bildirib ki: "Hakimiyyət artıq bütün qirmizi xəttləri keçmişdir. Son zamanlar insanları şərləməklə, qorxutmaqla, tutmaqla qisas alırlar. Fəal vətəndaşların şərlənərək həbs olunması adamlara birbaşa psixoloji terror etmək deməkdir. Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları azad etməlidir, bəzi islahatlara getməlidir, əks halda, bunun sonu heç də yaxşı görünmür".

Tədbirdən Foto
 

Daha sonra Zəfər Əhmədovun qızı Fidan xanım Bakıda olmadığından Whatsapp vasitəsi ilə tədbirə qoşulub. O, media və tədbir işçilərinə bu dar gündə onların yanında olduğu üçün təşəkkürünü bildirib. Bu xəbəri eşitdikdən sonra anasının sağlamlıq durumu yaxşı olmadığından, şəkər xəstəliyindən əziyyət çəkdiyindən Zəfər bəyin həbs xəbərini qəfil eşitdiyi üçün hələ də özünə gələ bilmədiyini bildirib: "Anama bu gün gələn zənglər, xəbərlər pis təsir edib". O, həmçinin, atasının həbsindən danışaraq söyləyib ki: "Mən şəxsən atamın həbsini gözləyirdim, hətta onunla danışanda zarafat da edib deyirdim ki, nə cəb səni həbs etmirlər, deyəsən, səni bizə bonus veriblər. O isə deyirdi ki, hər şeyin öz vaxtı var. Yəqin ki, həmin vaxt da indi imiş".

Sonda tədbirdə Azər Kazimadə Whatsapp vasitəsi ilə və AXCP Ali Məclisinin Sədri Nurəddin Məmmədli çıxış ediblər. Onlar da Zəfər Əhmədovun həbsini normal hal kimi qiymətləndirməyiblər. Baş verən bu cür halların yaxşı hal olmadığı, bunun bir sonu olmalıdır, Zəfər Əhmədovun da həbsi bəllidir kimi fikirlər bildirib bu həbsi pisləyiblər.


Azerbaycanrealligi.com
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz