0

“ZARA MƏQSƏDLİ ŞƏKİLDƏ BAKIYA GÖNDƏRİLİR…” – Deputatdan ŞOK açıqlama

Baxış: 2 835

“ZARA MƏQSƏDLİ ŞƏKİLDƏ BAKIYA GÖNDƏRİLİR…” – Deputatdan ŞOK açıqlama

Bu nə qeyrətsizlikdir ki, millətə aşılayırlar? “

Artıq bir həftədən artıqdır ki, Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsini müzakirə edir.

Böyük əksəriyyət, əslən Ermənistanın Gümrü bölgəsindən olan, “Mənim Ermənistanım” mahnısı ilə də tanınan, erməni terrorçuları ilə qol-qola gəzən Zara Mqoyanın Azərbaycana gəlməsinə etiraz edir. Təbii ki, hər şeydə “yuxarı nə deyəcək” deyib gözlərini televiziya ekranlarına zilləyən mövqesizlər istisna olmaqla…

Rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümü ərəfəsində belə bir festivalın keçirilməsinin, üstəlik ora erməni müğənnilərin dəvət olunmasını ŞƏHİDLƏRİMİZİN ruhuna hörmətsizlik kimi qəbul edənlər də az deyil. Məsələn, Xalq artisti Flora Kərimova bunu açıq şəkildə bəyan edib:“Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. Mən həyatımdan küsmüşəm, axı bu boyda sayqısızlıq olmaz. “Maya Armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Mənə çox əziyyətdir. Adamlığımdan çıxmışam, oğul, artıq heç nəyə inamım qalmayıb.(Ağlayır) Bu boyda şəhidlərimiz var və biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq. Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”.

Ancaq bütün etirazlara baxmayaraq “Jara” festivalının Təşkilat Komitəsi Zaranı Bakıya gətirəcəklərini deyir. Yəni, ictimai rəyə əhəmiyyət vermədiklərini, ölkə ictimaiyyətinin nə düşündüyünün onları maraqlandırmadığını nümayiş etdiriblər.

Maraqlıdır niyə? Bu Zara kimdir ki, israrla onu Azərbaycana gətirib oxutdurmaq istəyirlər? “Mənim Ermənistanım” dünyaya car çəkən birini kürd kimi təqdim edib Bakıya gətirmək kimə, nəyə lazımdır?

qudret-hasanquliyev-3-11527760413Bu suallara əlbəttə, müxtəlif cavablar var. Millət vəkili Qüdrət Həsənquliyev bunun hakimiyyətə qarşı təxribat olduğu düşüncəsindədir. Moderator.az-a açıqlama verən Qüdrət Həsənquliyevin fikrincə, Zara heç də öz xoşuna gəlmir, məqsədli şəkildə, bilərəkdən Bakıya göndərilir.

“İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər” - deyə Qüdrət Həsənquliyev bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə mia.az- a bildirib ki, bu gün Zaranı Bakıya gətirənlər Azərbaycan xalqını qeyrətsizləşdirməyə cəhd edirlər: “İndi erməni müğənni Bakıya gəlib çalıb-oxuyacaq. Ermənilər də baxıb deyəcək ki, bunlar nə arsız millətdir. Ermənilər Kəlbəcərdə yol çəkir, Cəbrayılda məscid, Şuşada otel tikirlər, amma bizimkilər Zaranı Bakıya gətirir. Bəzi ictimaiyyət nümayəndələri, siyasilər bunu tolerantlıq nümunəsi kimi qələmə verməyə çalışırlar. Nəyə tolerantıq? Biz niyə ermənilərə tolerantlıq göstərməliyik? Paşinyanın verdiyi bəyanatlar kifayət eləmir?”.

hafiz-960x539Partiya sədri hesab edir ki, Azərbaycan ictimaiyyəti buna təpkisini göstərməlidir: “Biz milli qürurumuzu, milli qeyrətimizi özümüzə qaytarmalıyıq. Bu nə qeyrətsizlikdir ki, millətə aşılayırlar? Məncə, qeyrətsiz yaşamaqdansa, ölmək lazımdır. Bu dəqiqə erməni girovluğunda nə qədər qız-gəlinimiz var. Belə olan halda Zaraların Bakıda nə işi var? Artıq yetər. Ermənilərə qarşı hamımız vahid mövqedə olmalıyıq. Torpaqlarımızı işğaldan azad edək, ondan sonra tolerant olarıq. Kim kimin qohumudur, dostudur, özü bilər. Biz milli qeyrətimizə zidd olan addımlara qarşı çıxmalıyıq. Mövqeyimizi ortaya qoymalıyıq”.

Sonda qeyd edək ki, “Jara” adlı festival dövlət tədbiri deyil, kommersiya layihəsidir. İştirakçıları da Azərbaycan dövləti, hökuməti deyil, təşkilatçılar müəyyən edir. Ona görə də, bu məsələdə dövlətdən, dolayısıyla hökumət təmsilçilərindən hər hansı mövqə gözləmək yersizdir. Hətta rəsmilərin hər hansı fikir bildirməsi doğru olmaz, Azərbaycan dövlətinin beynəlxalq imicinə xələl gətirər.

Ancaq ictimaiyyət təmsilçiləri, ziyalılar, siyasi partiyalar, deputatlar, QHT-lər və media açıq şəkildə etirazını ortaya qoymalıdırlar. Başqa vaxt vətənpərvərlikdən dəm vuranların, xaricdə hansısa tədbirdə bir erməni ilə yanaşı oturanları “ermənipərəst” adlandıranların işğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, “Mənim Ermənistanım” mahnısı ilə də tanınan birinin rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümünə təsadüf edən bir dövrdə Bakıya gətirilib oxutdurulmasına susması heyrət doğurur. Xüsusən də “millətçi”, “dövlətçi” media rəhbərlərinin, QHT sədrlərinin, deputat və ziyalıların…

Nə qiymətli Zaraymış!

AzPolitika.info
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz