İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı » Press-az
0

İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı

Baxış: 533

İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan edib.

DİM-dən Press-az.com-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz