0

Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır

Baxış: 972

Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır

Mərkəzi Bank “Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində” 2017-ci ildə nəzərdə tutulan tədbirləri 69 faiz icra edib.

Press-az.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Yol Xəritəsinin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatına istinadən xəbər verir ki, valyuta hərracı mexanizminə müvafiq dəyişikliklər edilib. 

Həmçinin xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit (±4%) ləğv edilib.

Sənəddə qeyd edilib ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən icra edib.

Tədbirlər planı tam hazır edilmədiyindən Maliyyə Sabitliyi Şurası ötən il bu sənədi təsdiq edə bilməyib.

Bildirilir ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır. 2020-ci ildən isə Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq:

“Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətləri müəyyənləşdirilməlidir.  

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz