0

Gəncədə şəhid olan polislər dəfn olundu - FOTO

Baxış: 445

Gəncədə şəhid olan polislər dəfn olundu - FOTO

Gəncədə qanunsuz aksiya keçirmək istəyənlərin qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi keçirilib.

Press-az.com-un APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd AbbasovGəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.


 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz