0

Rəqabət Məcəlləsinin “bəxti” açılır?

Baxış: 1 002

Rəqabət Məcəlləsinin “bəxti” açılır?

Rəqabət Məcəlləsi parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında yenidən müzakirələrə çıxarıla bilər.

Press-az.com-un parlamentdən əldə etdiyi məlumata görə, Məcəllə layihəsi ətrafında uzun illər yaşanan gərginliklər tam da olmasa, aradan qaldırılıb, onun qəbulu ilə bağlı problem yaradan qurumlardan ilkin razılıq əldə edilib.

Qeyd olunub ki, parlamentin hələ 3-cü çağırışının gündəmində olan və 2000-ci illərin sonlarında hətta, birinci oxunuşdan keçirilən Məcəllə layihəsi ötən dövrdə dəfələrlə aidiyyatı qurumlarla müzakirə olunub, onun üzərində təkmilləşdirmə işləri davam etdirilib.

Həmçinin, bildirilib ki, istər Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi, istərsə də, Maliyyə və İqtisadiyyat nazirliklərindən sənədin yenidən müzakirələri yönündə ilkin razılıq verilib.

Ancaq o da bildirilib ki, payız sessiyası (sessiyaları-red) adətən dünyada, o cümlədən, Azərbaycanda büdcə sessiyası sayıldığı və bu sessiyada daha çox büdcə müzakirələrinə yer ayrıldığı üçün sənədin komitə və plenar iclaslarda yenidən çözülməsi ilin sonuna çəkə bilər.

Yaxud da, komitə müzakirələrindən sonra növbəti ilin yaz sessiyasının müzakirələrinə təqdim edilə bilər, bu variant da nəzərdən keçirilir.

Qeyd edək ki, birinci oxunuş müzakirələrindən 10 il keçməsinə və dəfələrlə millət vəkillərinin, xüsusilə, iqtisadçı deputatların (Vahid Əhmədov, Əli Məsimli və digərlərinin-red) israrlı  təkidlərinə baxmayaraq, adıçəkilən sənədin müzakirəsi və qəbulu mümkün olmurdu.

Ancaq təkidlərdən sonra Rəqabət Məcəlləsinin müzakirələrə çıxarılmasına “yaşıl işıq” yandırılıb.

Qeyd edək ki, Rəqabət Məcəlləsinin əsas məqsədi ölkədə azad bazar rəqbətini təmin etmək, inhisarçılığın qarşısını almaq, haqsız rəqabətə imkan verməməkdir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz