0

Mingəçevir stansiyasında baş verənlərin – TƏFƏRRÜATLARI

Baxış: 683

Mingəçevir stansiyasında baş verənlərin – TƏFƏRRÜATLARI

“Azərbaycan İstilik Elektrik Stansiyası”nın 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən min kiloqrama qədər yağ ətrafa axmış, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub.

Press-az.com xəbər verir ki, bu sözləri Baş nazirin birinci müavini, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Yaqub Eyyubov prezident İlham Əliyevin ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı keçirdiyi müşavirədə deyib.

O qeyd edib ki, həmin kabellərin uzun illərdir istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. 

Yaqub Eyyubovun sözlərinə görə, qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanmış, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş vermişdir. 

“Hər iki yanğın söndürülmüşdür. Bütün bunların nəticəsində işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olmuş, stansiyada gərginlik tam itmiş və respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanmış, stansiyanın avtomatika və idarəetmə sistemi pozulmuşdur”, - komissiyanın sədri deyib. 

O bildirib ki, məhz bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın rayonlarının elektrik enerjisi təminatında fasilə yaranıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz