0

Azərbaycan ordusu döyüş atışlarına başladı – FOTO

Baxış: 787

Azərbaycan ordusu döyüş atışlarına başladı – FOTO

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb. 

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.

Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir.








 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz