0

İlham Əliyev Rusiya və Gürcüstana təşəkkür edib

Baxış: 584

İlham Əliyev Rusiya və Gürcüstana təşəkkür edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə Rusiya və Gürcüstana təşəkkür edib.

Press-az.com xəbər verir ki, dövlət başçısı Azərbaycanın elektrik enerjisi sistemində yaranmış vəziyyətlə bağlı göstərdikləri köməyə görə hər iki dövlətə təşəkkürünü bildirib.

“Bizə kömək göstərən Rusiya və Gürcüstana öz təşəkkürümü bildirirəm ki, belə bir vəziyyətdə onlar bizə köməklik göstərdilər. Bildiyiniz kimi, Azərbaycan o ölkələrlə sıx əlaqələr saxlayır. Bizim dostluq əlaqələrimiz var. Hər hansı qəza baş verdikdə biz də köməklik göstəririk. Hesab edirəm ki, bu, çox önəmli faktordur və bir daha öz təşəkkürümü bildirmək istəyirəm”. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz