0

Bank kreditlərinin baha olduğu rayonlar bəlli oldu

Baxış: 173

Bank kreditlərinin baha olduğu rayonlar bəlli oldu

Ölkədə fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin iyun ayının 1-nə 11 milyard 945 milyon 500,8 min manat təşkil edib.

Mərkəzi Bankdan Press-az.com-a verilən məlumata görə, kredit qoyuluşlarında Bakının payı yenə də yüksək olub. 

Belə ki, banklar paytaxt sakinlərinə 9 milyard 831 milyon 577,4 min manat kredit veriblər. Bu da hesabat dövrü ərzində verilən ümumi kreditlərin 82,30%-i deməkdir. 

İkinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Bu bölgədə 513 milyon 542,2 min manat kredit verilib. Bu da ümumi kredit qoyuluşunun 4,30%-nə bərabərdir. 

Sonrakı yerləri Abşeron və Gəncə-Qazax iqtisadi rayonları tutub. Bu rayonlarda kredit qoyuluşu müvafiq olaraq 467 milyon 967,6 min manat və  450 milyon 664,2 min manat təşkil edib. 

Kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, ölkə üzrə orta faiz dərəcəsi 12,0% olub. 

Kredit faizləri Aran və Lənkəran iqtisadi rayonlarında yüksək olub. Aran iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 22,8% təşkil edib. Lənkəranda bu rəqəm 22% olub. 

Dağlıq Şirvan iqtisadi rayonu üzrə bankların orta kredit faizləri 21.4, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 21.7, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 20.6, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 20.5, Gəncə-Qazax iqtisadi rayonu 18.9, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 15.7 faiz təşkil edib. 

Ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində qeydə alınıb. Paytaxtda orta kredit faizi 10,4% olub. İqtisadi rayonlar arasında Naxçıvanda orta faiz dərəcəsi aşağı - 8,6%-ə bərabər olub.

Bu arada, Naxçıvan xarici valyuta ürzə kreditləri müştərilərə ən baha təklif edən iqtisadi bölgədir. Burada dönərli valyutada kreditlər 22,6%-dir. Ən ucuz xarici valyuta kreditləri isə Bakının payına düşür - 8,8%. 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz