0

POLAD ASLANOVUN HÜQUQLARININ BƏRPASI ÜÇÜN ADDEKVAT ADDIMLAR ATILDI.

Baxış: 1 191

POLAD ASLANOVUN HÜQUQLARININ BƏRPASI ÜÇÜN ADDEKVAT ADDIMLAR ATILDI.


İctimai Vəkil Samir Zeynalov özünün facebooka səhifəsində Polad Aslanovun Hüquqlarının Bərpası İstiqamətində Addekvat Addımlar Atıldığı haqqında məlumat paylaşıb.Məlumatı olduğu kimi sizə təqdim edirik.

İyul ayının 5-də, 19.04.2018-ci il tarixdə qeyri-qanuni olaraq hərbi xidmətə aparılmış və hazırda səhhətində kifayət qədər problemlər olan jurnalist Polad Aslanov-la bağlı Müdafə Nazirliyinin Tibb Baş İdarəsinin Rəisi General-mayor Natiq Əliyevin rəsmi qəbulu həyata keçiriləcək.  

 Həmçinin analoji müraciət istiqamətində Cənab Nazir Zakir Həsənova, Şəxsi Heyyət Baş İdarəsinin Rəisi Cənab Kərəm Vəliyevə şikayət məktubları göndərildi. Polad Aslanovun ilkin olaraq hüquqlarının pozulmasında məsul olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi yaxın günlərdə məhkəməyə veriləcək. İnanıram ki, Polad Aslanova qarşı gerçəkləşən qanunsuz faktlar aradan qalxmaqla, geridə qalacaq reallığa obyektiv hüquqi qiymət veriləcək. Bir daha qeyd edim ki, Polad Aslanov çəkisi 41 kg olmaqla, (ürək-damar) və həmçinin "Kəskin Bronxit" xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq o başqa sağlam əsgərlər kimi mütəmadi olaraq xüsusilə idman hazırlığına cəlb edilir.

Polad Aslanovun Hüquqlarının Müdafiə Komitəsi.

İctimai Vəkil: Samir Zeynalov

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz