0

Vergi bəyannamələrinə edilən dəyişikliklər bəlli oldu

Baxış: 900

Vergi bəyannamələrinə edilən dəyişikliklər bəlli oldu

Bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib.

Press-az.com xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarət Departamentinin Bəyannamələr İdarəsinin direktoru Vüqar Əliyev açıqlama verib.

O bildirib ki, dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də, bir hesabat formasına müvafiq dəyişikliklər edilib:

“Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4, 5 nömrəli əlavələrinə, “Əmlak vergisinin bəyannaməsi”nə və onun Əlavəsinə, “Dövlət rüsumu tutulması haqqında hesabat”ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər olunub”.

V.Əliyev deyib ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin yeni formada tərtibi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsini mümkün edir:

“Əlavə dəyər vergisinin bəyannaməsi”nin üç nömrəli Əlavəsinə edilmiş dəyişikliklərə görə, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb.

Dörd nömrəli Əlavəyə dəyişikliklə “0” dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlik təmin olunub”. 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz