0

Polad Aslanov İdman Hazırlığı Zamanı Ciddi Problemlər Yaşayıb.

Baxış: 1 313
POLAD  ASLANOV İDMAN HAZIRLIĞI ZAMANI CİDDİ PROBLEMLƏR YAŞAYIB.


Polad Aslanov İdman Hazırlığı Zamanı Ciddi Problemlər Yaşayıb.Əldə edilən son məlumata görə bir müddət əvvəl səhhəti ilə bağlı yeni xəstəliyə- Kəskin Bronxitə düçar olduğu təsdiqlənən Polad Aslanov həssas yanaşma tələb edən natamam sağlamlıq durumuna baxmayaraq günün nizam qaydalarına uyğun şəkildə idman hazırlığına cəlb edilir. Sağlam əsgərlərlə arasında fərq qoyulmayan Polad Aslanov son durumu ilə bağlı ciddi və dözülməz problemlər yaşayır. Yaxın zaman müddətində dəfələrlə hərbi hissəsin alt komandanlığı üzrə ( tağım, bölmə, tabor) məsul vəzifəli şəxslərə müraciət etməsinə baxmayaraq onun vəziyyəti birmənalı olaraq heç kimi maraqlandırmır. Polad Aslanovla bərabər ailəsi ilə birlikdə mən də ona qarşı formalaşan bu prinspial, qərəzli və anti-humanist yanaşmanın səbəbini aydınlaşdırmaqda hələ ki, çətinlik çəkirəm. Onu da əlavə və vacib fakt olaraq qeyd edim ki, onun natamam sağlam durumunun əsas məhdud meyarının müayinə edilməsindən dolayı Naxçıvan Muxtar Respubliaksının hərbi klinik hospitalında “EXO” kardioqramma cihazı mövcud deyil. Bu üzdən ehtiyyac yaranıb ki, o Bakıya təxliyə edilsin. Lakin göründüyü kimi nəyin ki bu ehtiyyac hələ ki, dəyərləndirilmir, üstəlik Polad Aslanovun idman hazırlığında yaşadığı dözülməz əzablara da laqeyid yanaşılır. Polad Aslanovun Hüquqların Müdafiə Komitəsi olaraq ona qarşı davam edən bu dözülməz münasibətin dayandırılmasını və aidiyyatı olaraq Polad Aslanovun səhhəti ilə bağlı tibbi tədbirlərin həyata keçirilməsini tələb edirik.
İctimai Vəkil; Samir Zeynalov

















MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz