0

Azərbaycanda uçot dərəcəsi endirildi

Baxış: 222

Mərkəzi Bankın İdarə Heyyətinin İclasi keçirilib. İclasda uçot dərəcəsi 11 faizdən 10 faizə endirilib.

Press-az.com xəbər verir ki, bunu MB sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, uçot dərəcəsinin azaldılmasına dair qərar makroiqtisadi proseslərin təhlili nəticəsində qəbul edilib.

Məlum olub ki, MB-nın qərarı ilə faiz dəhlizinin yuxarı və aşağı həddi isə +/- 2% səviyyəsində müəyyən olunub.

E.Rüstəmov qeyd edib ki, MB faiz dəhlizi qərarına növbəti dəfə bu ilin avqust ayında baxacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz