Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır - Foto » Press-az
0

Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır - Foto

Baxış: 572

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Press-az.com-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.

Hərbi parad iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz