Rusiyanın Bakıdakı yeni səfirinin ilk bəyanatı – FOTO » Press-az
0

Rusiyanın Bakıdakı yeni səfirinin ilk bəyanatı – FOTO

Baxış: 741

Azərbaycanda İlham Əliyev, Rusiyada isə Vladimir Putinin növbəti müddətə prezident seçilməsi, Bakı və Moskva arasındakı münasibətlərin stabilliyinə cavab verir.

Press-az.com xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya günü münasibəti ilə keçirilən tədbirdə etdiyi çıxışda bildirib.

“Hər iki dövlət başçısının yeni müddətə prezident seçilməsi çox yaxşı oldu. Bu bizim münasibətlərdə stabilliyə cavab verəcək”, - deyə M.Boçarnikov rəsmi qəbulda qeyd edib.

Onun sözlərinə görə, tərəflər  iqtisadiyyat sahəsində “irəli addım atmağa” hazırdır.

“Biz ticarət dövriyyəsini artırmaq, sənaye, nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik”, -deyə səfir bildirib.
 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz