0

Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək

Baxış: 802

Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya aparacaq TANAP qaz boru kəmərinin açılış mərasimi keçiriləcək. 

Press-az.com xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, digər ölkələrin dövlət və hökumət rəhbərləri, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər. 

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir.

TANAP vasitəsilə “Şahdəniz” yatağının işlənməsinin ikinci fazasından Türkiyə və Avropaya qaz ixracı nəzərdə tutulur. İlkin mərhələdə TANAP vasitəsilə il ərzində 16 milyard kub metr qaz ixrac olunacaq. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz