0

Almaniyadan “Gülən”ə ağır zərbə

Baxış: 1 022

Almaniya hökuməti ilk dəfə olaraq “Paralel dövlət” (FETÖ) terrorçu cərəyanının Türkiyədə 15 iyul hadisələrində rol oynadığını açıq şəkildə bəyan edib.

Press-az.com xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

“Əlimizdə olan məlumatları nəzərə alsaq, “Gülən” hərəkatı iştirakçılarının Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etdiyini istisna edə bilmərik”, - deyə Almaniya XİN-nin rəsmi nümayəndəsi agentliyin müxbirinə bildirib.

Xatırladaq ki, 15 iyul (2016) hadisəsindən bir neçə ay sonra rəsmi Berlin, o cümlədən Almaniya federal kəşfiyyat xidmətinin rəisi Bruno Kal “FETÖ”nün Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakını şübhə altına almışdı

Həmin vaxt Berlinin bu bəyanatı Türkiyə hökuməti tərəfindən qəzəblə qarşılanmışdı.  

“Der Spiegel” jurnalının son nəşrində çıxan məqaləyə əsasən Almaniya hökuməti artıq “FETÖ”lə bağlı mövqeyini dəyişməyə hazırlaşır. Berlinin Türkiyə tərəfinin həmin təşkilatın fəaliyyəti ilə bağlı xəbərdarlıqlarından nəticə çıxardığı deyilir.

Bundan başqa məqalədə Almaniya XİN-nin “FETÖ” ilə bağlı fevral hesabatına xatırlama var. Həmin hesabata görə, “FETÖ”nün fəaliyyəti mütəşəkkil cinayətkar təşkilat prinsipi əsasında qurulub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz