Azərbaycan MDB-nin ən yaxşı kurortlarının beşliyində » Press-az
0

Azərbaycan MDB-nin ən yaxşı kurortlarının beşliyində

Baxış: 496

“TurStat” analitik agentliyi  2018-ci ildə yay istirahəti üçün ən populyar olan MDB kurortlarının reytinqini hazırlayıb.

Press-az.com xəbər verir ki, reytinq agentliyin rəsmi internet səhifəsində dərc olunub.

Ən yaxşı turistik istiqamətlərin beşliyinə Burabay kurortu (Qazaxıstan), Issık-Gül gölü (Qırğızıstan), Naroç gölü (Belarus), Bilgəh çimərliyi (Bakı) və Göyçə gölü (Ermənistan) düşüb.

Bu kurortlar səyahət xərcləri baxımından da bir-birilə müqayisə edilib. Belə ki, ən ucuz başa gələn istiqamət Issık-Gül (50 dollar) , ən bahalı istiqamət isə Xəzər dənizinin çimərlikləri (100 dollar) göstərilib.

Agentliyin məlumatına görə, sadalanan kurortlarda istirahətin orta müddəti 7-14 gün təşkil edir.  Həmin kurortlara daha çox Moskva, Sankt-Peterburq, Cənubi Ural və Sibir bölgələrindən turistlər yollanır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz