0

"Nardaran işi3" Danışığına fikir ver Taleh Bağırzadə vahhabi deyil! (VİDEO)

Baxış: 787

Xeberman.com-un verdiyi məlumata görə bu gün hakim Zeynal Ağayevin sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində Nardaran 3 məhkəmə prosesi davam edib.Bu gün ki məhkəmə prosesində BMCMİ –nin keçmiş əməkdaşı Oktay Orucov  zərərçəkən qismində ifadə verib.O bildirib ki,Ruzi İsmayılov adlı Gəncə şəhər sakininin həbs edilməsi üçün onun evinin qarşısına gəliblər.Bir müddət gözlədikdən sonra Ruzi İsmayılovun gəldiyini görüblər.Ona BMCMİ-nin rəisi yaxınlaşıb ,həbs olunduğu barəsində məlumat verib,ona maşına əyləşməsini bildiriblər.Həmin vaxtı Ruzi İsmayılov cibindən qıranat  götürərək  Oktay Orucovun başına vurduğuna görə o kəllə-beyin tranması aldığına görə huşunu itirib.Xəstəxanada bir neçə gündən sonra  özünə gəldiyini bildirib.Yaxınlarım mənə bildirdi ki,Allah sənin üzünə baxıb ki,Gəncə şəhər mərkəzi xəstəxanasına Türkiyədən həkimlər gəlib,yoxsa sən artıq ölmüşdün.İfadəsini tamamladıqdan sonra vəkil Şəhla Hümbətova  zərərçəkənə sual verir.

 

Vəkil Şəhla Hümbətova: Sizdən başka kimlər əməliyyatda iştirak edib?

 

Oktay Orucov:Rasim Əliyev,Vüqar,Mail və.s polis nəfərləri var idi.

 

Vəkil Şəhla Hümbətova:Sizdə Ruzi haqqında hansı məlumatlar  var idi ki,siz onu həbs etmək istəyirdiniz?

 

Oktay Orucov:Məndə məlumat yox idi mən bilmirəm,rəisimiz bilir.

 

Həbs olunan Elman Ağayev:Bilmirsən necə üzə durursan?

 

Oktay Orucov:Mən üzə durmuram.

 

Vəkil Şəhla Hümbətova:Siz neçə il idi ki,polisdə  işləyirdiz?

 

Oktay Orucov:1991-ci ildən polisdə işləmişəm

 

Hakim:İşin mahiyyəti üzrə sual verin,başka sual verməyin.

 

Vəkil Şəhla Hümbətova:İşin mahiyyəti üzrə sual verirəm Hörmətli hakim.

 

Vəkil :Siz deyirsiz ki,onun həbs olunması ilə bağlı sizdə məlumat olmayıb.Bu necə olur ki,həbs etdiyiniz şəxs barəsində sizdə məlumat

olmur.

 

Oktay Orucov:Arada olur ,amma bununla bağlı məlumat yox idi.

 

Vəkil Bəhruz Bayramov:Sizi nə ilə vurub?

 

Oktay Orucov:Qranatla vurub.

 

 Vəkil Akif Əliyev:Siz onu həbs edəndə qandallamadınız və yaxudda qoluna girib aparmadınız?

 

Oktay Orucov:Xeyir.Olmayıb,çünki o könüllü təslim olmuşdu.

 

Vəkil Zibeydə Sadıqova:Kim yaxınlaşdı Ruziyə?

 

Oktay Orucov:Xanım çox təəsüf, xəstə adamam çox danışa bilmirəm, çox sual verməyin.

 

Vəkil Zibeydə Sadıqova:Neçə nəfər idiniz?

 

Oktay Orucov:5 nəfər idik.

 

Vəkil Ramiz Məmmədov:Hal şahidi var idi?

 

Oktay Orucov:Yox idi.

 

Vəkil Ramiz Məmmədov:Bəs protokol yazdınız?

 

Oktay Orucov:Xeyir yazmadıq.Çöldə protokol yazmaq olmaz.İdarədə yazacaydıq.

 

Vəkil Ramiz Məmmədov:Sizi hardan vurdu?

 

Oktay Orucov:Alın tərəfdən bir az aşağı vurub.

 

Vəkil Ramiz Məmmədov:Sizi eksbertizaya təqdim ediblər?

 

Oktay Orucov:Yadımda deyil.

 

Vəkil Ramiz Məmmədov:Mən belə başa düşdüm ki,siz eksbertizaya getməmisiniz.

 

Oktay Orucov:Yadımda deyil.

 

Təqsirləndirilən Ruzi Ağayev:Mən binanın arxasından qabağına gələrkən siz harda idiniz?

 

Oktay Orucov:Maşının yanında idim.

 

Təqsirləndirilən Ruzi Ağayev:Yalan danışırsınız.Çünki siz orda olmamısınız.

 

Hakim:Kim yalan,kim doğru deyir məhkəmə qərar verəcəy.Siz qərar verə bilməzsiniz.

 

Təqsirləndirilən Ruzi Ağayev:Bizim bina neçə mərtəbəlidi?

 

Oktay Orucov:4 ya 5 mərtəbəli bina olar. Yadımda deyil.

 

Təqsirləndirilən Ruzi Ağayev:Necə 4-5mərtəbəlidi ki,mən 7-ci  mərtəbədə qalıram.

 

Zülfiqar Mikayılzadə:Hakim bir az aqresiyyanızı azaldın.

 

Hakim:Necə azaldım,vəkilləriniz  zala gec gəlir və işin gedişinə mane olur.

 

Zülfiqar Mikayılzadə:Bu qədər qanunsuz ittihamlar irəli sürürsünüz,indidə vəkillərə görə ittiham edirsiniz bizi?

 

Məhkəmə fasilə elan edir.

 

Fasilədən sonra BMCMİ-nin Gəncə rayon şöbəsinin keçmiş rəisi Rasim Qurbanov  məhkəməyə ifadə verir.O bildirib ki,2015-ci ilin oktyabr və ya noyabr

ayında bir sıra əməliyyat  tədbiri həyata keçirmişik. Həmin tədbirdə bir sıra silah –sursat aşkarlamışdıq.Həmin vaxtı Ruzi adlı şəxsdə də silah var idi.Əməliyyat  zamanı şəxsən mən yaxınlaşdım ,özümü təqdim etdim. O əlindəki qunbara ilə Oktay Orucovu vurdu.Oktay Orucovun başından qan gəlirdi.Gətirdik onu bölməyə. Şahidlərin və vəkilin iştirakı ilə aktlaşdırdıq.Həmin vaxtı Mübariz İbrahimov,Ramin Seyfullayevi də bu formada həbs elədik.Onların maşınlarında  qranat qunbarası tapdıq.Bunlardan əlavə Vahhabi Taleh Bağırzadənin yazdığı kitabça onların üzərlərində aşkarlandı.

 

Vahhabi Taleh Bağırzadə zaldan səs gəlir.Zaldan bir nəfər şəxs şərəfsiz danışığına fikir ver Taleh Bağırzadə  vahhabi  deyil!

 

Rasim Qurbanov :Şərəfsiz  sizsiz  deyə zalda oturanlara bildirdi.

 

Bu zaman hakim insanların zalı tərk etməsini bildirdi.

 

Zülfiqar MikayIlzadə insaları sakitləşdirərək ,şahidə Laçını satdığın getmir indi də gəlib şiə oğlu şiəyə vahhabi deyirsən?

 

Hakim isə insanların zalı tərk etməsini bildirdi.Çox saylı polislər,məhkəmə işçiləri insanları çıxartmaq üçün zala daxil oldu.

 

 Zülfiqar Mikayılzadənin  xahişindən sonra zalda əyləşənlər məhkəmə zalını tərk etdi.Zülfiqar Mikayılzadə və digərlərinin doğmaları məhkəmə zalına gələnə

qədər məhkəmə prosesinin təxirə salınmasını istədilər.Vəkillər məhkəmə tərkibinin dəyişməsi ilə bağlı məhkəməyə vəsadət təqdim etdi. Hakim isə vəsadəti baxılmamış saxladı.Əsgərov Mail adlı polis əməkdaşı ifadə vermək üçün məhkəmə zalına çağırıldı.Bundan sonra isə həbs olunan 12nəfər salavatlar,təkbirlər və digər bədd duaları uca səslə oxumağa başladı.Buna hakim etirazını bildirir,dayandırılmasalar töhmət veriləcəyini bildirdi.Zülfiqar Mikayılzadə  hakimə bildirdi ki,bizi şərləyərək həbs etməyiniz yetməyib,bu şərəfsiz polis əməkdaşı üzümüzə qarşı şərəfsiz  və vahhabi  deyir,siz isə onu cəzalandırmaq əvəzinə bizim yaxınlarımızı zaldan uzaqlaşdırırsınız.Məhkəmə prosesi bununlada yekunlaşdı.

Növbəti məhkəmə prosesi aprelin 10 saat 10:30 da davam edəcək.

 

[media=]

 

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz