0

Rəsmi Paris Qarabağla bağlı mövqeyini açıqladı

Baxış: 1 360

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair həll variantının tapılmasına kömək edir.

Press-az.com məlumat verir ki, bunu bu gün Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö  Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

O, deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var.

Onun sözlərinə görə, mövcud status-kvo həll variantı deyil:

“Biz sülhü və regionda stabilliyi istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz