0

Bankların hansı ayda daha çox dollar satdığı bəlli oldu

Baxış: 765

Bu ilin əvvəlindən banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi 1.4 mlrd. ABŞ dollar ekvivalentində olub. 

Press-az.com xəbər verir ki, mübadilə əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80.3% artıb. 

Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd ABŞ dollarının alışı 594.2 mln, satışı isə 517.8 mln dollar  məbləğində olub. Alışlar satışları 76.4 mln. dollar üstələyib. 

Avro ilə əməliyyatlara gəlincə, nağd avro alışı 43 mln, satışı 147 mln avro olub. Beləliklə satışlar alışları 104 mln. avro üstələyib. 

Digər valyutalar (İngilis funt sterlinqi və Rus rublu) üzrə banklar tərəfindən nağd alışların məbləği 60.7 mln. ABŞ dolları ekvivalentində, nağd satışların məbləği isə 24.7 mln. ABŞ dolları ekvivalentində olub. 

Aylar üzrə nağd ABŞ dolları üzrə əməliyyatların dinamikasına nəzər yetirdikdə görərik ki, banklar tərəfindən yanvar və fevral aylarında alışlar satışları, mart ayında isə satışlar alışları üstələyib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz