0

ABŞ “Tomohawk”ın istehsalını dayandırır

Baxış: 595

ABŞ hərbi dəniz qüvvələrinin “Tomohawk” qanadlı raketi ilə təchizatı dayandırılacaq.

Press-az.com xəbər verir ki, bu barədə “Defense One” nəşri  ABŞ hərbi donanmasının 2019-cu il büdcə layihəsinə istinadən məlumat yayıb.

Hərbi ekspertlərin təbirincə, 1980-ci illərdən bəri istehsal olunan raketlər müasir tələblərə cavab vermir.

Məqalənin müəllifinə görə, onun əvəzinə amerikalı hərbçilər tərtibat mərhələsində olan uzaq mənzilli gəmi əleyhinə “AGM-158C LRASM” raketi və quru hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan gələcək nəsil “NGLAW” raketinə üstünlük verir.

Habelə məqalədə qeyd olunur ki, 2020-ci illərdə ABŞ ordusunun arsenalına daxil olunacağı gözlənilən yeni raketlərin yüksək xarakteristikalarına rəğmən, onlar döyüş şəraitində sınaqdan keçməyib və “Tomohawk”dan fərqli olaraq özünü doğrutmaya bilər.

Nəşr hesab edir ki, ABŞ-ın Suriyada hərbi iştirakını davam etdirdiyi bir şəraitdə “təhlükəli və qeyri-müəyyən dünyada” “Tomohawk” raketlərinin istismardan çıxarılması sadəcə yolverilməzdir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz