0

Ukrayna Trampın vəkilinə rüşvət verib – QALMAQAL

Baxış: 436

ABŞ prezidentinin şəxsi vəkili Maykl Koen Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ lideri Donald Tramp arasında görüş təşkil etmək üçün Kiyevdən 400 min dollara yaxın gizli ödəniş qəbul edib.

Press-az.com xəbər verir ki, bu barədə BBC məlumatlı mənbələrə istinadən informasiya yayıb.

İddiaya görə, gizli ödəniş şəxsən Ukrayna prezidenti Pyotr Poroşenkonun adından çıxış edən vasitəçilər tərəfindən həyata keçirilib

Poroşenko və Tramp arasında danışıqlar ötən ilin iyun ayında Ağ Evdə baş tutub.

Ukraynalı kəşfiyyat zabitinin sözlərinə görə, Ukrayna lobbisi və Vaşinqtondakı səfirlik Ağ Evdə Poroşenko-Tramp arasında görüşün sadəcə “kameralar qarşısında əl sıxmadan” ibarət olmamasını, görüşün “Kiyev-Vaşinqton danışıqları” səviyyəsində keçirilməsini istəyib.

Əlaqələrin qurulması ukraynalı deputata həvalə olunub.  O, Nyu-Yorkdakı yəhudi xeyriyyə cəmiyyətinin xətti ilə Trampın vəkilinə çıxıb. Nəticədə yüksək səviyyəli görüşün təşkil olunması üçün Koenə 400 min dollar ödənilib.

Trampın vəkili bu iddiaları təkzib edir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz