0

Lavrov erməni nazirlə Qarabağı müzakirə etdi

Baxış: 294

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyanla telefon danışığı zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə edib. 

Press-az.com xəbər verir ki, bununla bağlı məlumat Rusiya XİN tərəfindən yayımlanıb. 

“Mayın 23-də erməni tərəfinin təşəbbüsü ilə Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnatsakanyanla telefon danışığı aparıb. 

Danışıqlar zamanı tərəflər iyunun 1-də Düşənbədə keçiriləcək MDB dövlətlərinin hökumət başçılarının və iyunun 11-də Almatıda təşkil olunacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər”, - məlumatda bildirilib. 

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz