0

Ruhani: Vaşinqton bizə diktə edə bilməz

Baxış: 516

ABŞ-ın İrana və bütün dünyaya diktə etməyə ixtiyarı yoxdur.

Press-az.com TASS-a istinadən xəbər verir ki, bunu mayın 21-də İran prezidenti Həsən Ruhani bildirib.

Ruhaninin bəyanatı ABŞ dövlət katibinin Tehrana irəli sürdüyü 12 şərtlə bağlı çıxışına cavab olub.

“Dünya artıq bu gün Birləşmiş Ştatların müstəqil və suveren dövlətlərin adından qərarlar qəbul etməsi ilə razılaşa bilməz. ABŞ hökuməti 15 il əvvəlki dönəmə, kiçik Corc Buşun hakimiyyətdə olduğu 2003-cü ilə geri qayıdıb.

İran xalqı sizin riyakarlığınızdan cana gəlib və onu heç vaxt qəbul etməyib də.”,- deyə Ruhani vurğulayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz