0

Azərbaycanda QİÇS qurbanlarının sayı bəlli oldu

Baxış: 481

Cari ilin dörd ayı ərzində Azərbaycanda 193 yeni HİV-ə yoluxma halı qeydə alınıb.

Press-az.com-un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib.

Onun sözlərinə əsasən, onlardan 193 nəfəri Azərbaycan vətəndaşı, beşi isə əcnəbidir.

HİV-ə yoluxan Azərbaycan vətəndaşlarından 123 kişi, 65-i isə qadındır.

E.Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi HİV infeksiyasından 904 nəfər dünyasını dəyişib. 2018-ci ildə isə QİÇS-dən 16 nəfər ölüb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz