0

Hüquq müdafiəçisi Oktay Gülalıyev Polad Aslanovun qeyri-qanuni hərbi xidmətə göndərilməsinin səbəblərini açıqladı.

Baxış: 1 131
Hüquq müdafiəçisi Oktay Gülalıyev öz facebook səhifəsində Xeberman.com saytının sahibi və baş redaktoru Jurnalist Polad Aslanovun qeyri-qanuni hərbi xidmətə göndərilməsinin səbəblərindən yazıb.Həmin yazını olduğu kimi sizə təqdim edirik.

Dostlar, şəkildə gördüyünüz bu şəxs Xeberman.com saytının redaktoru, hazırda səhhətində ciddi problemlər olmasına baxmayaraq hərbi xidmət adı ilə Bakıdan Naxçıvana sürgün edilmiş jurnalist Polad Aslanovdur. Digər iki uşaq isə həbsdə olan siyasi məhbuslar- Taleh Bağızadənin və Fikrət Fərəməzoğlunun övladlarıdır. Şəkil siyasi məhbuslarla bağlı toplantıda çəkilib...

Polad Aslanov siyasi məhbuslarla bağlı demək olar ki, bütün toplantılarda iştirak edirdi. Onlara dəstək olur, rəhbərlik etdiyi saytda siyasi məhbuslarla bağlı vaxtaşırı məlumatlar, yazılar dərc edir, onların problemilərini ictimailəşdirirdi. Bir növ dəstəyə ehtiyacı olan insanların danışan dili olurdu. O, həm də ölkədə hökm sürən korrupsiya, monopoliya, məmur özbaşınalığı ilə bağlı yazılar yazırdı. Məhz belə yazılara görə o tez- tez təzyiqlərə məruz qalır, hədələnirdi. Nəhayət, tənqidlərə dözümü olmayan məmurlar ordusunun şikayət və təzyiqi nəticəsində o mədəni sürgünə- hərbi xidmət adı ilə ölkənin baş kəndindən ən ucqar nöqtəsinə deportasiya edildi.

Polad Aslanovun səhhətində ciddi problemləri var. Məhz buna görə də o hərbi xidmətə dinc dövr üçün yararsız hesab edilib. Hazırda onun səhhəti hərbi xidmət şərtləri üçün uyğun olmadığına görə ciddi problemlərlə üzləşir. Ürək damarlarından birində tromp olduğundan fiziki hərəkətləri etdikdə şiddətli ağrılar, təngənəfəslik, yüksək təzyiq, ürək bulanma və s. olur. Hərbi qanuna zidd olaraq çəkisi 45 kq- dan aşağıdır.

Hərbi xidmətdə olmaq, Vətənə xidmət etmək şərəflidir. Amma yazılarına və baxışlarına görə səhhətində ciddi problemləri olan bir şəxsi hərbi xidmət adı ilə ölkənin ucqarlarlarına sürgün edib onun həyatını təhlükə altına atmaq qanunlara və insani dəyərlərə ziddir. Gəlin, Polad Aslanova dəstək olaq. Onun tezliklə müalicə olunması və haqqında hərbi xidmətlə bağlı alternativ imkanlardan istifadə edilməsinə nail olaq!


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz