Ruhani Paşinyanı “ürəkdən” təbrik edib » Press-az
0

Ruhani Paşinyanı “ürəkdən” təbrik edib

Baxış: 169

İranın prezidenti Həsən Ruhani Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.

Press-az.com bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. 

“Sizi Ermənistanın baş naziri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, sizin vəzifəyə gəlişinizlə biz ikitərəfli münasibətlərimizin inkişafı və dərinləşməsinin şahidi olacayıq”, - deyə təbrikdə qeyd olunub.

H.Ruhani erməni həmkarına cansağlığı və uğurlar, Ermənistan xalqına isə xoşbəxtlik arzu edib

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz