0

“DOLANIŞIN ÜZÜ DÖNDÜ, ÇÖRƏK PULU BU MİLLƏTİ QUL EYLƏDİ “!!!

Baxış: 141

“DOLANIŞIN ÜZÜ DÖNDÜ, ÇÖRƏK PULU BU MİLLƏTİ QUL EYLƏDİ “!!!


“MƏMLƏKƏTƏ NEYLƏDİSƏ, MƏMURLARA MÜFTƏ GƏLƏN PUL EYLƏDİ”!!!



                                                             Fb-NİN GÜNDƏMİNDƏN

                                                                   Rustem BEHRUDİ.

                                                                     11 мая 2018


                                                                 

Doğum günün qutlu olsun, böyük insan!!!


 Musa YAQUB                                        

ÇÖRƏK PULU

Məmləkətə neylədisə                              
Məmurlara
Müftə gələn pul eylədi,
Dolanışın üzü döndü,
Bu milləti qul eylədi
Çörək pulu.

Eldən gələn, çöldən gələn
Bəla olsa dözmək olar,
Var-dövləti qamarlanmış
Bir millətin
Dərd yoludur çörək pulu.
Həyatın çox sərt yoludur,
Arvad-uşaq qabağında
Ataların xəcil yolu,
Pərt yoludur çörək pulu.

İnsanlığı üzdən salıb
Şeir nədir, sənət nədir,
Məsləki də, qeyrəti də
Gözdən salıb çörək pulu.
Çinar boylu cavana bax –
Bel əyilib, dil əyilib
Dərdi-səri çörək pulu.
İçimizdən yedi bizi
Diri-diri çörək pulu.

Harın məmur, qarın məmur!
Hünərin var
Bekar əlin ver işini!..
Məmləkətdə
Namərd edib çox kişini
Çörək pulu.

Dözümlü el,
Döz bu dərdin əzabına
Dolan görüm.
Qaxınca bax,
Qazanca bax –
Borcdan çıxan
Çörək pulu hesabına
Dolan görüm!..




ps-nota.com-a istinadən
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz