0

Yerə kabus asteroid yaxınlaşır

Baxış: 280

Mayın 16-da Bakı vaxtı ilə 02:05-də Yer planetinə ən kiçik məsafəyə qədər “2010 WC9” kabus asteroidi yaxınlaşacaq.

Press-az.com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Astronomların səkkiz il əvvəl gözdən itirdiyi kosmik obyektin planetimizin 203 min kilometr yaxınlığından keçəcəyi və sürətinin 46 min km/saat təşkil etdiyi bildirilir.  

Asteroidin diametri 60-130 metrdir.

İlk dəfə asteroid 2010-cu ilin noyabr ayında qeydə alınıb, dekabr ayında isə yoxa çıxıb. Kabus-asteroid yalnız bu il, mayın 8-də yenidən aşkarlanıb. Astronomlar “kabusun”  Yer planetinə düşmə təhlükəsinin olmadığını əmin edir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz