0

Jurnalist Polad Aslanovun vəziyyəti yenidən pisləşib və həyatı təhlükədədi -FOTO- VİDEO

Baxış: 1 111

Jurnalist Polad Aslanovun vəziyyəti yenidən pisləşib və həyatı təhlükədədi -FOTO- VİDEO


Jurnalist Polad Aslanovun vəziyyəti pisləşib və yenidən Tibb Məntəqəsinə yerləşdirilib.Bu barədə məlumatı Polad Aslanovun işlərinin ictimailəşdirilməsində dəstək olan Əlövsət Əhədoğlu Sadıqlı öz facebook səhihəsində açıqlama verib.

Sosial media və şəbəkələrdə gedən intensiv məlumatlardan xəbərdarsınız ki, jurnalist fəaliyyətinə görə, cəza tədbiri olaraq, Naxçıvana hərbi xidmətə (sürgünüə) göndərilmiş Polad Aslanovun sağlamlığı təhlükədədir.

Onun 29 yaşı var. Çəkisi 41 kq, ürək damarında tutulma, yüksək dəyişkən qan təzyiqi olduğu üçün indiyədək hərbi xidmətə aparılmayıb və ona "sülh dövründə hərbi xidmətə yararsız" hərbi bileti verilib.

19.04.2018-də isə bir günün içində "yararsız" hərbi bileti əlindən alınaraq, hərbi xidmət adı ilə Naxçıvandakı "N" saylı hərbi hissəyə xidmətə (sürgünə) göndərilib. Səbəb" DƏRƏBƏYLƏR ÖLKƏSİnin 2-3 "dərə bəyi"nin korrupsiya əməllərini ifşa etdiyi üçün onların QƏZƏBİnə tuş gəlməsidir.

Bir daha vürğulamaq istəyirəm ki, hərbi xidmət, Vətənin müdafiəsi hər bir kişinin müqəddəs vəzifəsidir! Lakin bu, işgəncə və qisasçılıq alətinə çevrilməməlidir!

Polad Aslanovun sağlamlıq durumunun kritik olması barədə göndərildiyi hərbi hissədə də müfəssəl bilgiyə malik olsalar da və özlərinin də məsuliyyət daşıdıqlarını bildiklərinə baxmayaraq, Bakıdan göstəriş olmasa, onun hərbi xidmətdən azad edilməsinin mümkünsüzlüyü bildirilib.

Ailəsinin verdiyi məlumata görə, karantin dövrü təlimlərinə cəlb edilmiş Polad Aslanovun səhhəti yenidən pisləşib və o, yenidən hərbi hissənin "sançast"ına yerləşdirilib.

Diqqətinizə çatdırıram ki, Polad Aslanovun sağlamlıq durumu və hüquqlarının pozulması ilə bağlı vəkili və ailəsi tərəfindən müvafiq dövlət strukturlarına müraciətlər olunsa da, hələ ki, "tükdən asılı olan" insan taleyinə "dövlət qayğısı" hiss olunmur.
Dövlət orqanlarına edilmiş müraciətlərdən cavab olaraq yalnız Ombudsman aparatından məlumat daxil olub. Məlumatda ailəsinin ünvanladığı müraciət əsasında Müdafiə Nazirliyindən Polad Aslanovun yenidən tibbi müayinədən keçirilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunduğu bildirilir...

Ombudsman Aparatının məlumatı haqlı bir suala yol açır: əcəba, bir dövlət orqanı ki bir adama verdiyi "yararsız" hərbi biletini kimlərinsə sifarişi əsasında həmin adamın əlindən ala və onu sağlam adı ilə hərbi xidmətə göndərə, ictimai nəzarət və ya ən azından, ombudsmana müraciətdə xahiş edildiyi kimi, ombudsman aparatının nəzarəti olmadan, həmin orqanın yenidən həmin adamı tibbi müayinədən keçirərkən reallığa əməl edəcəyinə nə dərəcədə etibar etmək olar?
Hesab edirəm ki, bu, Ombursman Aparatının həyatı təhlükədə olan bir insanın taleyinə "başdansovdu" münasibətdir və Polad Aslanovun sağlamlıq durumu ciddi nəzarətə götürülməlidir...!

Aşağıda Ombudsman Aparatının cavabını, Polad Aslanovun sağlamlıq durumu barədə həkim rəyinin bir hissəsini və sağlamlıq baxımından ağır durumda olmasına baxmayaraq, onun, cəzalandırma olaraq, hərbi xidmətə aparılması barədə öz video-görüntüsünü diqqətinizə təqdim edirəm:









 







Araşdırma davam edir. Yaxın günlərdə Şok faktlarla.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz