0

Azərbaycan “Eurovision”da finala keçə bilmədi

Baxış: 752

Xəbər verdiyimiz kimi, Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. 

Press-az.com xəbər verir ki, təmsilçimiz Aysel Məmmədova (Aisel) finala keçə bilməyib.

19 ölkənin final uğrunda mübarizə apardığı gecədə, ən sonda 10 ölkənin üzü gülüb.

Belə ki, Azərbaycan, İslandiya, Belçika, Belarus,Yunanıstan, Ermənistan, İsveçrə, F.Y.R. Makedoniya, Xorvatiya finalla vidalaşıb.

Avstriya, Estoniya, Litva, İsrail, Çexiya, Kipr, Bolqarıstan, Albaniya, İrlandiya və Finlandiya isə 12 may tarixində mübarizəyə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, müsabiqənin ikinciyarımfinalı 10 may, finalı isə 12 may tarixində baş tutacaq. 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz