“Ebola” geri qayıdıb » Press-az
0

“Ebola” geri qayıdıb

Baxış: 931

Demokratik Konqo Respublikasında Ebola virusu sürətlə yayılmağa başlayıb.

Press-az.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentliyin məlumatına görə, ölkənin şimal-qərbində artıq 17 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Sonuncu dəfə Konqoda Ebola virusuna yoluxma halı 10 ay əvvəl qeydə alınıb.

Xatırladaq ki, 2014-cü ildə Qərbi Afrika regionunda Ebola epidemiyası nəticəsində 12 mindən çox insan həlak olub.

İki il əvvəl Ümumdünya səhiyyə təşkilatı Ebola virusunun artıq bəşəriyyət üçün təhlükə yaratmadığını bəyan edib.

Bəyanata görə, yeni peyvəndin 100 faiz effektli olduğu isbat olunub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz