0

Bakıda itən azyaşlı tapıldı – FOTO – YENİLƏNİB

Baxış: 315

Bakıda yoxa çıxan azyaşlı uşaq tapılıb.

Oxu.Az-a verilən məlumata görə, nənəsi gilə gedən beş yaşlı Çingiz onların evdə olmadığını görüb və həyətə düşüb.   

Evin yaxınlığında yoldan keçən qadın onun təkbaşına gəzdiyini görüb və hara getdiyini soruşub.

Uşaq Yeni Yasamaldakı ev ünvanını bildirib. Qadın onu piyada şəkildə evinə aparan zaman uşağın valideynləri onlarla yolda üzləşib.

19:07

Bu gün günorta saatlarında Bakıda uşaq itib.

Uşağın ailə üzvlərinin Oxu.Az-a verdiyi məlumata görə, beş yaşlı Çingiz Hüseyn Cavid prospektində itib.

Uşağı görən şəxslərdən aşağıdakı nömrələrlə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur:

(+99450) 281-99-10  ,   (+99470) 805-51-59

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz