0

Nazirlər Kabineti Aparatına məxsus avtomobil hərraca çıxarıldı

Baxış: 399

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən özəlləşdirmə hərracında bir səhmdar cəmiyyəti, iki kiçik dövlət müəssisəsi, altı qeyri-yaşayış sahəsi və bir avtomobil satılıb.

Press-az.com xəbər verir ki, hərracda satılan qeyri-yaşayış sahələrinin dördü Bakıda (Xətai, Nərimanov, Nizami və Nəsimi), digərləri isə Sumqayıt və Zərdabda yerləşir.

Hərracda “Xətai Ticarət-108” ASC-nin səhmlərinin 30%-i, eləcə də, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı “BMW 730” avtomobili də sahibini tapıb.

Satılan sərfəli əmlaklardan biri Neftçala rayonunda olan Balasurra kənd klubudur. Klubun ümumi sahəsi 120 kvadratmetrə yaxın, torpaq sahəsi isə 400 kvadratmetrdən çoxdur. Digər özəlləşdirilən dövlət müəssisəsi Cəlilabad rayonunda yerləşən Komanlı Mədəniyyət evidir.

Sahəsi 158 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 1500 kvadratmetrə yaxın olan obyektdə ictimai iaşə xidmətləri göstərilə bilər.

Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür.

Qeyd edək ki, növbəti özəlləşdirmə hərracı isə mayın 15-də keçiriləcək. Hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə avtomobildir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz