0

Ermənistanın XİN rəhbəri Moskvaya yollanıb

Baxış: 209

Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.

Press-az.com xəbər verir ki, bu barədə “İnterfaks” siyasi dairələrdən olan mənbələrə istinadən məlumat yayıb.

Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan, Nalbandyanın ezamiyyətdə olduğunu təsdiq etsə də, konkret olaraq hansı ölkəyə yollandığını dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin erməni həmkarına zəng edərək, Ermənistandakı vəziyyəti müzakirə edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz